Kamran Əliyev generalı işdən çıxardı
02 fevral 2023 15:08 (UTC +04:00)

Kamran Əliyev generalı işdən çıxardı

0

Sumqayıt şəhərinin prokuroru işdən çıxarılıb. 

Lent.az xəbər verir ki, Baş prokuror Kamran Əliyev bununla bağlı müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, Sumqayıt şəhər prokuroru üçüncü dərəcəli ədliyyə müşaviri (general-mayor) Müqəddəs Sultanov tutduğu vəzifədən azad edilib. 

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a faktı təsdiqləyiblər. 

Bildirilib ki, Sumqayıt şəhər prokuroru vəzifəsinin icrası müavin İsmayıl Abiyevə həvalə olunub. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5909

Oxşar yazılar