Keçmiş diplomat Ramiz Vəliyevə Amnistiya aktı şamil olundu
26 yanvar 2026 16:22 (UTC +04:00)

Keçmiş diplomat Ramiz Vəliyevə Amnistiya aktı şamil olundu

0

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saxladığı keçmiş diplomat Ramiz Vəliyevə Amnistiya aktı şamil olunub.

Lent.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib və onun cəza müddəti 6 ay endirilərək, qəti olaraq 4 il 6 ay müddəti müəyyən olunub.

Qeyd edək ki, Azərbaycanın Misirdəki səfirliyində müşavir olmuş sabiq diplomat Ramiz Vəliyev DTX-nin keçirdiyi əməliyyat tədbirləri nəticəsində 2024-cü il dekabrın 8-də saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham irəli sürülüb.

R.Vəliyev xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, o cümlədən dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqda təqsirli bilinib.

Nərimanov Rayon Məhkəməsinin hökmünə əsasən, Ramiz Vəliyev 5 il müddətə azadlıqdan məhrum edilib. Əlavə cəza olaraq o, 2 il müddətinə müəyyən vəzifə tutma hüququndan da məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 270

Oxşar yazılar