Keçmiş məhkum xəstəxanadan  OĞURLUQ ETDİ
16 iyun 2023 13:35 (UTC +04:00)

Keçmiş məhkum xəstəxanadan OĞURLUQ ETDİ

0

İyunun 8-də Nərimanov rayonu ərazisində yerləşən klinikaların birində orada işləyən tibb bacısının pulunun və qol saatının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub. 

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Nərimanov rayon Polis İdarəsi 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Mustafa Səfərov müəyyən olunaraq saxlanılıb. 

Araşdırmalarla onun borclu qismində axtarışda olması da müəyyən olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1552

Oxşar yazılar