KOBİA-nın katibliyinin sədr müavininin evindən 244 min manatlıq   qızıl oğurlanıb
17 yanvar 2025 19:01 (UTC +04:00)

KOBİA-nın katibliyinin sədr müavininin evindən 244 min manatlıq qızıl oğurlanıb

Vəzifəli şəxsin evindən külli miqdarda oğurluqda təqsirləndirilən Məmmədova Ruhiyyə İdris qızının məhkəmə prosesinin hazırlıq iclası keçirilib.

Lent.az-ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə ilk olaraq "polis nəzarəti altına vermə" qətimkan tədbiri seçilən Ruhiyyə Məmmədovanın anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, R. Məmmədova əvvəllərdə oğurluq əməlinə görə məhkumluq həyatı yaşayıb. 3 övladı var, evdar xanımdır.

Cinayət işində zərərçəkən qismində tanınan Əmir Şirinbəyli hazırlıq iclasında iştirak etməyib.

Anket məlumatlarına görə, Ə. Şirinbəyli Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) katibliyinin sədr müavini vəzifəsində çalışır.

Hakim Telman Hüseynov anket məlumatlarını dəqiqləşdirdikdən sonra cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı tərəflərin fikirlərini öyrənib.

Dövlət ittihamçısı Valeh Ələkbərov işin məhkəmə baxışına verilməsi və təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin dəyişdirilməməsi ilə bağlı təklif irəli sürüb.

Hakim korpusu müşavirə otağından qayıtdıqdan sonra qərarı elan edib.

İttiham aktına görə, Ruhiyyə Məmmədova Əmir Şirinbəylinin evindən 244 min manatlıq qızıl-zinət əşyaları oğurlamaqda təqsirli bilinir.

Qeyd edək ki, təqsirləndirilən şəxs Ruhiyyə Məmmədova baş vermiş cinayət əməlində özünü təqsirli bilib.

Məhkəmə prosesi 31 yanvar tarixinə kimi təxirə salınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6203

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15