Külli miqdarda mənimsəmədə təqsirləndirilən QHT sədrinə  HÖKM OXUNDU
20 noyabr 2025 15:52 (UTC +04:00)

Külli miqdarda mənimsəmədə təqsirləndirilən QHT sədrinə HÖKM OXUNDU

0

Bakı Ağır Cinayətlər Məhkəməsində "Gənclik" Könüllü Tələbə İdman Cəmiyyəti İctimai Birliyinin sabiq sədri Tofiq Xanəliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Lent.az xəbər verir ki, hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən məhkəmə müdafiə vəkilinin çıxışı ilə başlayıb.

Vəkil hüquqlarını müdafiə etdiyi T. Xanəliyevin ürək xəstəsi olduğunu və cəza təyin edərkən onun şəxsiyyətinin nəzərə alınmasını xahiş edib. Eləcə də zərərçəkənin iddia tələbi olmadığı üçün barəsində şərti cəza verilməsini və Xanəliyevin səhhətini nəzərə alaraq nəzarət cihazının tətbiq olunmamasını istəyib.

Təqsirləndirilən T. Xanəliyev son söz çıxışında respublika üçün göstərdiyi xidmətlərin, ailə və sağlıq durumunun nəzərə alınmasını istəyib.

Müşavirədən sonra məhkəmə heyəti Tofiq Xanəliyevin 5 il, 6 ay müddətinə müddətinə həbs olunması və Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 2 il şərti həbs cəzası verilməsi barədə hökm çıxarıb.

Xatırladaq ki, Tofiq Xanəliyev "Gənclik" Könüllü Tələbə İdman Cəmiyyətinə ayrılmış 70 min manatdan çox vəsaiti mənimsəməkdə ittiham olunur. İttihama görə o, idman tədbirləri və yarışlar üçün ayrılmış vəsaiti şəxsi mənafeyinə xərcləyib.

T.Xanəliyev Baş Prokuror yanında Korrupsiyaya qarı Mübarizə Baş İdarəsi tərəfindən istintaqa cəlb edilib və barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Cinayət işində dəymiş ziyandan 40 min manatı ibtidai istintaq zamanı ödənilib.

Sabiq sədr barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

 

Fərqanə Novruzova

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 280

Oxşar yazılar