Kürdəmirdə 8 nəfər qidadan zəhərləndi  - YENİLƏNİB
23 iyul 2025 09:50 (UTC +04:00)

Kürdəmirdə 8 nəfər qidadan zəhərləndi - YENİLƏNİB

Kürdəmirdə qidadan zəhərlənən şəxslərin kimliyi məlum olub.

Lent.az APA-ya istinadla xəbər verir ki, bunlar 28 yaşlı Qabil Şükürov, 39 yaşlı Asudə Şükürova, 28 yaşlı Famil Şükürov, 51 yaşlı Şamama Şükürova, 31 yaşlı Şəlalə Şükürova, 17 yaşlı Şəbnəm Şükürova, 5 yaşlı Əli Xəlilov və 12 yaşlı Ömər Xəlilovdur.

Qida Təhlükəsizliyi Agentliyindən Lent.az-a bildirilib ki, Kürdəmir rayonunda məişət şəraitində baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsinin əməkdaşları tərəfindən müvafiq qurumlarla birgə araşdırmalar aparılır.

Qeyd olunub ki, agentliyin mütəxəssisləri hadisə yerinə baxış keçirərək, nümunələrin götürülməsi və laborator müayinələrə cəlb edilməsi istiqamətində müvafiq prosedurları icra edirlər. İlkin ehtimala görə, hadisə ev şəraitində tələblərə riayət edilmədən hazırlanmış və ya düzgün saxlanılmamış müxtəlif qidalardan baş verib.

Faktla bağlı araşdırmalar davam edir.

***
03:45

Kürdəmirdə zəhərlənmə hadisəsi qeydə alınıb.

Lent.az xəbər verir ki, APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Cəyli kəndində baş verib.

Kənddəki evlərdən birində qida qəbul edən 8 nəfər zəhərlənmə şübhəsi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisənin dəqiq səbəbi məlum deyil.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1072

Oxşar yazılar

Sevgilisindən ayrılan oğlan özünü binadan atdı

Sevgilisindən ayrılan oğlan özünü binadan atdı

23 iyul 2025 , 17:46
Füzulidə də yanğın BAŞLADI:  helikopter cəlb olundu

Füzulidə də yanğın BAŞLADI: helikopter cəlb olundu

23 iyul 2025 , 17:35
Şəmkir sakini ölü tapıldı

Şəmkir sakini ölü tapıldı

23 iyul 2025 , 17:31
Ədliyyə Nazirliyində YENİ TƏYİNAT

Ədliyyə Nazirliyində YENİ TƏYİNAT

23 iyul 2025 , 17:00
Bakıda 10 nəfərin öldüyü  partlayışın şahidləri DANIŞDI

Bakıda 10 nəfərin öldüyü partlayışın şahidləri DANIŞDI

23 iyul 2025 , 16:40
Azərbaycanda polisi terrorla şantaj  edən uşaq CƏZALANDIRILDI

Azərbaycanda polisi terrorla şantaj edən uşaq CƏZALANDIRILDI

23 iyul 2025 , 16:33
DSX-nın hərbçisi vəfat etdi

DSX-nın hərbçisi vəfat etdi

23 iyul 2025 , 15:08
Azərbaycan onu Birləşmiş Ərəb Əmirliyinə təhvil verdi

Azərbaycan onu Birləşmiş Ərəb Əmirliyinə təhvil verdi

23 iyul 2025 , 14:42