Lənkəranda  intihara cəhd
01 aprel 2022 16:15 (UTC +04:00)

Lənkəranda intihara cəhd

Lənkəranda intihara cəhd hadisəsi olub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Lənkəran şəhərində intihara cəhd edən şəxsin xilas olunması üçün müraciət daxil olub. FHN-nin Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Xilasedicilərin çevik və peşəkar müdaxiləsi nəticəsində vətəndaş son anda xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.

# 1551
avatar

Mehman Nəbiyev

Oxşar yazılar