Maşın kranla TOQQUŞUB : biri uşaq olmaqla iki nəfər ölüb
29 mart 2023 09:33 (UTC +04:00)

Maşın kranla TOQQUŞUB: biri uşaq olmaqla iki nəfər ölüb

Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Lent.az-ın xəbərinə görə, hadisə Saray qəsəbəsində qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü İsmayıl Hüseyn oğlu Hüseynov idarə etdiyi "Mercedes-Benz" markalı avtomobillə  Ehtiram Niyaz oğlu Fərzalıyevin idarə etdiyi "İVECO" markalı kran avtomobili ilə toqquşub. 

Nəticədə "Mercedes-Benz" markalı avtomobildə olan sərinişinlər 1973-ci il təvəllüdlü Afət Baba qızı Əhmədova və 2017-ci il təvəllüdlü Zəminə İsmayıl qızı Hüseynli həyatını itirib. 

Faktla bağlı cinayət işi açılıb. 

# 1536
avatar

Fidan İlqar

Oxşar yazılar