Rusiyanın Novosibirsk şəhərində məhkəmə binasında partnyoruna öpüş yolu ilə narkotik keçirməyə cəhd edən qadın 10 il müddətinə azadlıqdan məhrum edilib.
Lent.az yerli mediaya istinadən xəbər verir ki, qadın narkotik vasitəni qanunsuz əldə edərək, Kirovski Rayon Məhkəməsinin binasına gətirib. Burada onu ağzına qoyub və sevgilisinin məhkəməyə gətirilməsini gözləyib. Partnyorunu görən qadın ona yaxınlaşaraq, dodaqlarından öpüb və narkotiki ona verməyə cəhd edib.
Lakin məhkəmə icraçıları onun hərəkətlərini görüb və müdaxilə ediblər. Narkotik vasitələr müsadirə edilib.