Məktəbli qızın mədəsindən 12 ədəd maqnit tapıldı
01 aprel 2023 09:50 (UTC +04:00)

Məktəbli qızın mədəsindən 12 ədəd maqnit tapıldı

Rusiyanın Tula Respublikasında 10 yaşlı qızın mədəsindən 12 ədəd maqnit aşkarlanıb.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, azyaşlı qız yüksək hərarət və şiddətli öskürək ilə xəstəxanaya aparılıb. Müayinə zamanı həkimlər uşağın mədəsində maqnit topları aşkar ediblər.

Əvvəlcə həkimlər xəstədə pnevmoniya olmasından şübhələniblər, lakin əlavə müayinələrdən sonra iltihab prosesinin məktəbli qızın udduğu maqnit topları tərəfindən yarandığı məlum olub. Qızın valideynlərinin sözlərinə görə, azyaşlı səhhətindən şikayət etməyib və udulmuş maqnitlər barədə onlara heç nə deməyib.

Uşağın mədəsindən 12 yad cismi çıxarmaq üçün cərrahlara bir saatdan çox vaxt lazım olub. İndi heç nə qızın həyatına və sağlamlığına təhlükə yaratmır, o, artıq xəstəxanadan buraxılıb.

# 1368
avatar

Oxşar yazılar

“Məclis.info”  saytının rəhbəri   həbs edildi

“Məclis.info” saytının rəhbəri həbs edildi

19 aprel 2024 , 19:30
Laçında  FACİƏ:   28 yaşlı gənc öldü

Laçında FACİƏ: 28 yaşlı gənc öldü

19 aprel 2024 , 18:43
Atası həbsdəki oğluna  narkotik   gətirdi

Atası həbsdəki oğluna narkotik gətirdi

19 aprel 2024 , 18:30
Axtarışda idi, Xırdalanda tutuldu

Axtarışda idi, Xırdalanda tutuldu

19 aprel 2024 , 18:01
Bakıda bank kartından oğurluq edənlər tutuldu

Bakıda bank kartından oğurluq edənlər tutuldu

19 aprel 2024 , 16:33
Abel Məhərrəmovu məhkəməyə verdilər

Abel Məhərrəmovu məhkəməyə verdilər

19 aprel 2024 , 16:30
Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

19 aprel 2024 , 16:11
Rüşvət alan polis mayoru  saxlanıldı

Rüşvət alan polis mayoru saxlanıldı

19 aprel 2024 , 15:27