Mərdəkanda dənizdə batdığı   ehtimal olunan gənc axtarılır
15 iyul 2026 20:24 (UTC +04:00)

Mərdəkanda dənizdə batdığı ehtimal olunan gənc axtarılır

0

Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində dənizdə bir nəfərin batdığı ehtimal olunur.

Lent.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Mərdəkan qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 2 kilometr aralıda, nəzarətsiz dəniz ərazisində bir nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda 22 yaşlı Qarayev Elgün Elçin oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarış-xilasetmə tədbirləri davam etdirilir.

FHN bildirib ki, hadisə ilə bağlı əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 550

Oxşar yazılar