Mərkəzi Həkim Komissiyasının sabiq rəisi həbs edilib - ÖZƏL
08 iyun 2022 11:30 (UTC +04:00)

Mərkəzi Həkim Komissiyasının sabiq rəisi həbs edilib - ÖZƏL

Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komissiyasının sabiq rəisi həbs edilib.  

Lent.az-ın məlumatına görə, tibb xidməti polkovniki Azad Abdullayev Cinayət Məcəlləsinin 312.2-ci (Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddəsi ilə təqsirləndirilir. 

O, bir müddət əvvəl Respublika Hərbi Prokurorluğunda başlanmış cinayət işi üzrə tutulub. 

Cinayət işinin ibtidai istintaqı yekunlaşaraq  baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

# 11298
avatar

Mehman Nəbiyev

Oxşar yazılar