Bakıda maşın mopedlə toqquşub.
Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.
Belə ki, 1985-ci il təvəllüdlü Yeganə Elçin qızı Babayeva idarə etdiyi “BMW” markalı avtomobil ilə 1995-ci il təvəllüdlü Kamran Əlsəfa oglu Səmədovun idarə etdiyi mopedlə toqquşub.
Nəticədə Kamran Səmədov hadisə yerində ölüb.
Faktla bagli Nəsimi RPİ-nin cinayət işi başlanılıb.