Müəllimi güllələyən şagird liseyə belə daxil olub - VİDEO
06 fevral 2026 16:50 (UTC +04:00)

Müəllimi güllələyən şagird liseyə belə daxil olub - VİDEO

0

Bakıda müəllimini güllələyən şagirdin son görüntüləri yayılıb. 

Lent.az xəbər verir ki, görüntülər şagird bu gün "İdrak" liseyinə daxil olarkən müşahidə kameralarından götürülüb. 

Görüntülərdə onun əlində çantanın olduğu müşahidə edilir. 

"Musteqil.az"ın yaydığı həmin görüntüləri təqdim edirik: 

Qeyd edək ki, fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş insident törədib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, o, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada  müəllimə işləyən Ş.K-ya xəsarət yetirib.

Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb.

Ondan ov silahı götürülüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1090

Oxşar yazılar