Narkotik çəkib müştəri daşıyan taksi sürücüsü TUTULDU
21 iyul 2025 10:15 (UTC +04:00)

Narkotik çəkib müştəri daşıyan taksi sürücüsü TUTULDU

Beyləqanda narkotik vasitə və spirtli içkinin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü sürücü həbs edilib.

Lent.az xəbər verir ki, Beyləqan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində "Kia" markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydasını pozduğuna görə sürücü İldırım Səfərova “saxla” işarəsi verilib.

Araşdırma zamanı onun narkotik vasitə və spirtli içkinin təsiri altında taksi fəaliyyəti ilə məşğul olduğu aşkarlanıb.

İ.Səfərov barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarına əsasən onun sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 7 sutka inzibati qaydada həbs olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 620

Oxşar yazılar