Naxçıvanda 700 min qanunsuz siqaret AŞKAR ETDİLƏR
24 iyun 2023 16:37 (UTC +04:00)

Naxçıvanda 700 min qanunsuz siqaret AŞKAR ETDİLƏR

0

Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinə Babək rayon Nehrəm qəsəbə sakininə məxsus yük nəqliyyat vasitəsində aksiz markası ilə markalanmayan külli miqdarda siqaretlərin satış məqsədilə saxlanılması və qanunsuz satışının həyata keçirilməsi barədə əməliyyat məlumatı daxil olub.

Lent.az DGK mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin yaydığı məlumata istinadən xəbər verir ki, keçirilən əməliyyat tədbirləri nəticəsində nəqliyyat vasitəsi Nehrəm qəsəbəsi ərazisində saxlanılıb və keçirilən baxış zamanı nəqliyyat vasitəsinin yük yerindən aksiz markası ilə markalanmayan, ümumi sayı 35350 qutu (707000 ədəd) “GAULOISES Blondes” markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1799

Oxşar yazılar