Naxçıvanda ağır qəza: 3 nəfər öldü, bir neçə nəfər yaralandı
04 sentyabr 2026 23:35 (UTC +04:00)

Naxçıvanda ağır qəza: 3 nəfər öldü, bir neçə nəfər yaralandı

0

Naxçıvanda dəhşətli qəza nəticəsində 3 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Şahbuz rayonu Gömür kəndi ərazisində baş verib.

Qəza zamanı dağlıq ərazidə hərəkətdə olan "Toyota Prado" markalı avtomobilin aşması nəticəsində Şərur rayonu Oğlanqala kənd sakinləri 1975-ci il təvəllüdlü Abdullayev Nazim Əyyub oğlu, onun qızı 2017-ci il təvəllüdlü Abdullayeva Firuzə Nazim qızı və 2006-cı il təvəllüdlü Şıxəliyev Pərvin Vüsal oğlu ölüb.

Hadisə nəticəsində 2025-ci il təvəllüdlü Şıxəliyeva Validə Elvin qızı, 2025-ci il təvəllüdlü Abdullayev Rəhman Sərraf oğlu, 2004-cü il təvəllüdlü İsmayılova Nəzrin Nazim qızı, 2025-ci təvəllüdlü İsmayılov Uğur İslam oğlu, 1985-ci təvəllüdlü Abdullayev Sərraf Rəhim oğlu, 2010-cu il təvəllüdlü Abdullayeva Ceyran Sərraf qızı, 2016-cı il təvəllüdlü Şıxəliyeva Fatimə Vüsal qızı, 1983-cü il təvəllüdlü Abdullayeva Vüsalə İsax qızı və 2014-cü il təvəllüdlü Şıxəliyev Gündüz Elvin oğlu xəsarət alıblar.

Xəsarət alan və dünyasını dəyişənlər polis əməkdaşları tərəfindən qəza zonasından çıxarılaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 162

Oxşar yazılar