Qapıdan uzaqda belə uğur qazanan Harri Keyn - 73 qolu var
04 sentyabr 2026 15:36 (UTC +04:00)

Qapıdan uzaqda belə uğur qazanan Harri Keyn - 73 qolu var

0

İngiltərə millisinin və “Bavariya”nın hücumçusu Harri Keyn meydanda daha geridə oynamasına baxmayaraq, ötən mövsüm klub və yığma səviyyəsində 73 qol vurub.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı futbolçu bunun kənardan göründüyü qədər ziddiyyətli olmadığını bildirib.

Keynin sözlərinə görə, hücumçunun daim rəqib qapısının yaxınlığında qalması onun daha çox qol vuracağı anlamına gəlmir. O, geriyə çəkilərək müdafiəçiləri öz mövqelərindən uzaqlaşdırır, komanda yoldaşları üçün boş sahələr yaradır və hücumların hazırlanmasında iştirak edir.

“İlk 5-10 dəqiqədə rəqibin necə oynadığını anlayırsan. Bundan sonra mənim meydandakı hərəkətlərim də buna uyğun formalaşır”, – Keyn deyib.

“Bavariya”nın baş məşqçisi Vensan Kompani futbolçunun meydandakı rolunun yarısının məşqçi tapşırığına, digər yarısının isə Keynin qərarlarına əsaslandığını açıqlayıb. İngilis hücumçu özünü bəzən “9 nömrə”, bəzən “10 nömrə”, hətta “6 nömrə” mövqeyində oynayan futbolçu kimi gördüyünü bildirib.

Statistikaya əsasən, son altı mövsümdə Keynin qət etdiyi məsafə 8 faiz, yüksək sürətli qaçışları 22 faiz, sürətlənmələrinin sayı isə 42 faiz artıb. O, sürətli driblinqdən çox, düzgün mövqe seçimi, fiziki güc və oyunu oxumaq bacarığı ilə fərqlənir.

Mütəxəssislərin fikrincə, Keynin gücü yalnız vurduğu qollarda deyil. Hücumçu meydanın müxtəlif hissələrində komandasına kömək etməklə yanaşı, Kriştiano Ronaldo, Lionel Messi və Erlinq Holand kimi ulduzlarla müqayisə ediləcək nəticələr göstərir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 190

Oxşar yazılar