Naxçıvanda  avtobus aşdı:   ölən var
08 aprel 2022 12:37 (UTC +04:00)

Naxçıvanda avtobus aşdı: ölən var

Naxçıvanda ölümlə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, aprelin 7-də saat 8 radələrində Culfa rayonu, Ərəzin kəndi ərazisində rayon sakini R.Abdullayev idarə etdiyi “Hyundai” markalı  mikroavtobusu aşırıb.

Nəticədə  mikroavtobusun sərnişini Nərgiz Qədimbəyli hadisə yerində ölüb, digər 6 sərnişini isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Culfa rayon Polis Şöbəsində araşdırma aparılır. 

# 2097
avatar

Mehman Nəbiyev

Oxşar yazılar