Naxçıvanda maşın körpüdən aşdı,  qadın öldü
31 yanvar 2023 18:21 (UTC +04:00)

Naxçıvanda maşın körpüdən aşdı, qadın öldü

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda ağır yol qəzası baş verib.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, hadisə Nursu kəndində qeydə alınıb.

52 yaşlı Nursu kənd sakini Xanlar Heydərovun idarə etdiyi "Niva" markalı avtomobil körpüdən aşıb. Qəza nəticəsində avtomobildə olan sərnişin- sürücünün qardaşı arvadı Gülnaz Heydərova ölüb.

Sürücü Xanlar Heydərov ağır bədən xəsarəti alıb. Naxçıvan Muxtar Respublika Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilən sürücünün vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

# 2055
avatar

Oxşar yazılar