“Neftçi” idman klubunun əməkdaşı həbs olunub.
Lent.az xəbər verir ki, “Neftçi” idman ictimai klubunda işləyən 64 yaşlı Sumqayıt şəhər sakini sosial şəbəkədə təhqiramiz ifadələr işlədib. Nəticədə o, Nəsimi rayonu, 3-cü Alatava küçəsində saxlanılıb.
Saxlanılma zamanı isə polisin qanuni tələbinə məhəl qoymayıb və etiraz edib. Nəticədə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis və ya hərbçinin qanuni tələbinə məhəl qoymamaq) maddələri ilə protokol tərtib olunub.
O, ifadəsində bildirib ki. sosial şəbəkədə gördüyü video onu əsəbiləşdirib. Belə ki, görüntülərdə MTK işçiləri yaşlı qadını vurublar və o da özündən çıxaraq, təhqirlər yazıb. O, nalayiq ifadə yazdığı üçün peşman olduğunu deyərək, məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş edib.
Nəsimi rayon Məhkəməsinin qərarı ilə həmin şəxs 20 gün müddətinə inzibati qaydada həbs olunub.