Nərə balıqlarını  qanunsuz ovlayıb satan TUTULDU
19 noyabr 2025 12:58 (UTC +04:00)

Nərə balıqlarını qanunsuz ovlayıb satan TUTULDU

0

DİN Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən su bioresurslarının qorunması və ekoloji tarazlığın təmin edilməsi ilə bağlı mübarizə tədbirləri davam etdirilir. 

Lent.az xəbər verir ki, su polislərinin Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin əməkdaşları ilə birgə keçirdikləri tədbirlərlə Sabunçu rayonu ərazisində qanunsuz olaraq ovlanan balıqların satışını təşkil edən R.Əliyev müəyyən edilərək saxlanılıb. 

Həmin şəxsdən 130 ədəd qanunsuz ovlanan nərə, bölgə və digər cinsdən olan balıqlar aşkar olunub. R.Əliyev barəsində prossesual qanunvericiliyə uyğun tədbir görülüb.

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 308

Oxşar yazılar