Ödəmə terminalından oğurluq etmək istədi, TUTULDU
29 mart 2023 13:14 (UTC +04:00)

Ödəmə terminalından oğurluq etmək istədi, TUTULDU

Sumqayıtda ödəmə terminalından oğurluq etməkdə şübhəli bilinən saxlanılıb.

DİN-dən Lent.az-a verilən xəbərə görə, ötən il dekabrın 22-nə keçən gecə 6-cı mikrorayon ərazisindəki apteklərin birində quraşdırılan ödəmə terminalından 2775 manat pul oğurlanıb.

Hadisədə şübhəli bilinən Sumqayıt şəhər sakini İsmayıl Muradov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

# 1485
avatar

Fidan İlqar

Oxşar yazılar