Oğuzda ağır qəza  - 1 ölü, bir neçə yaralı var -  YENİLƏNİB
21 dekabr 2025 00:26 (UTC +04:00)

Oğuzda ağır qəza - 1 ölü, bir neçə yaralı var - YENİLƏNİB

0

Dekabrın 20-də saat 20:50- də Oğuz rayonunun Sincan kəndi ərazisində baş verən yol nəqliyyat hadisəsi səbəbilə 6 nəfər (2 kişi, 4 qadın) Oğuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Lent.az-a TƏBİB-dən verilən məlumata görə, yaralılara bədənin müxtəlif nahiyələrinin travmaları, sınıqları və əzilmiş yaraları, mədə-bağırsaq sisteminin daxili qanaxması diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri orta ağır qiymətləndirilən 6 nəfərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.

Qeyd edək ki, hadisə nəticəsində 64 yaşlı kişinin həkiməqədər ölüm faktı qeydə alınıb.

***

22:39

Oğuzda baş verən ağır yol qəzasında ölən şəxsin kimliyi məlum olub.

Lent.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, bu gün saat 19 radələrində Oğuz rayonunun Sincan kəndi ərazisində “Mercedes Vito” markalı mikroavtobusun sürücüsü Mahama Dibirovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi ağaca çırpılıb.

Nəticədə avtomobildə olan sərnişin, 64 yaşlı Balakən rayonunun Qazma kənd sakini Şadnus Hümbətov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Avtomobildə olan Balakən rayon sakinləri 65 yaşlı Natalya Tahirova, 64 yaşlı Cəmilə Əhmədova, 18 yaşlı  Qurban Mirzəyev, 43 yaşlı  Azad Puçaxov, 65 yaşlı  Xədicəmaral Xəlilova, 67 yaşlı  Cənnətey Qumbarova isə yaralanıblar.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

***

21:21

Oğuzda mikroavtobusun ağaca çırpılması zamanı ölən və yaralan şəxslər Balakən rayon sakinləridir.

Lent.az APA-ya istinadən xəbər verir ki, qəzaya uğrayan mikroavtobus Bakıdan Balakən rayonuna gedirmiş.

Qəza zamanı hələ ki, şəxsiyyəti müəyyən edilməyən bir sərnişin aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Daha 6 nəfər isə Oğuz RMX-nın Təcili Tibbi Yardım şöbəsinə yerləşdirlib.

***

21:21

Oğuzda mikroavtobus ağaca çırpılıb, ölən və xəsarət alanlar var. 

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral avtomobil yolunun rayonun Sincan kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes Vito" markalı mikroavtobus idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

İlkin məlumata görə, qəza nəticəsində 1 nəfər ölüb, daha bir neçə nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər.

Hazırda yarılara ilkin tibbi yardım göstərilir və şəxsiyyətləri müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 965

Oxşar yazılar