Özünü  dənizə atdı
12 may 2022 12:00 (UTC +04:00)

Özünü dənizə atdı

Bakıda intihara cəhd hadisəsi olub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, paytaxtın Qaradağ rayonunda ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 300 metr aralı, məntəqə ərazisində 1 nəfərin intihar məqsədilə özünü dənizə atması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasedicilərinin çevik müdaxiləsi nəticəsində vətəndaş xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

# 2118
avatar

Mehman Nəbiyev

Oxşar yazılar