Parkda OĞURLUQ:  3 min 600...
22 iyun 2023 14:03 (UTC +04:00)

Parkda OĞURLUQ: 3 min 600...

0

Nəsimi rayonu ərazisində yerləşən parkların birində Bakı şəhər sakini olan 2 nəfərin 2100 manat və 1500 manat dəyərində 2 ədəd mobil telefonlarının oğurlanması barədə polisə məlumat daxil olub.  

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Nəsimi RPİ 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Qurbanzadə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1515

Oxşar yazılar