Polis əməkdaşını söydü, döydü, formasını çıxardı... - İŞ MƏHKƏMƏDƏ
24 noyabr 2021 15:15 (UTC +04:00)

Polis əməkdaşını söydü, döydü, formasını çıxardı... - İŞ MƏHKƏMƏDƏ

Sentyabrın 8-də Sabirabad rayon polis şöbəsinin əməkdaşlarına qarşı zor tətbiq olunması faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə istintaq yekunlaşıb.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, istintaqla müəyyən edilib ki, Sabirabad şəhəri H.Əliyev prospektində “VAZ 2106” markalı 10-CE-632 dövlət qeydiyyat nişanlı avtomobilinin sürücüsü Azər Həsənov qayda pozuntusuna yol verdiyinə görə həmin ərazidə xidmət aparan Sabirabad RPŞ-nin DYP Bölməsinin yol patrul xidməti əməkdaşları Naməddin İbrahimov və Ramik Rəhimov tərəfindən onun barəsində inzibati xəta haqqında protokol tərtib edilib. Bu səbəbdən də Azər Həsənov polis əməkdaşlarını nalayiq ifadələrlə söyüb-təhqir edib, onlara hücum edərək geyim formasını çıxardıb, eləcə də, zor tətbiq etməklə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Qeyd edilənlərlə bağlı Azər Həsənov Cinayət Məcəlləsinin 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3143

Oxşar yazılar

Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı

Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı

10 may 2025 , 16:42
Azərbaycanlı məmur 40 milyon  verib HƏBSDƏN ÇIXDI

Azərbaycanlı məmur 40 milyon verib HƏBSDƏN ÇIXDI

10 may 2025 , 16:05
Şabranda maşın ağaca çırpıldı, iki qardaş öldü

Şabranda maşın ağaca çırpıldı, iki qardaş öldü

10 may 2025 , 14:04
Beyləqanda körpə öldü  - YENİLƏNİB

Beyləqanda körpə öldü - YENİLƏNİB

10 may 2025 , 13:56
Azərbaycanda itkin düşən  qadın kanalda BOĞULDU - YENİLƏNİB

Azərbaycanda itkin düşən qadın kanalda BOĞULDU - YENİLƏNİB

10 may 2025 , 10:48
Bakıda məktəbli qız YOXA ÇIXDI

Bakıda məktəbli qız YOXA ÇIXDI

10 may 2025 , 10:01
Bakı-Quba yolunda piyadanı maşın vurub öldürdü

Bakı-Quba yolunda piyadanı maşın vurub öldürdü

10 may 2025 , 09:56
Ayı meşə işçisini parçaladı

Ayı meşə işçisini parçaladı

10 may 2025 , 09:25