Polis özünü vəkil kimi təqdim edən reket jurnalisti həbs etdi
13 noyabr 2026 10:56 (UTC +04:00)

Polis özünü vəkil kimi təqdim edən reket jurnalisti həbs etdi

0

Bakıda özünü vəkil kimi təqdim edib vətəndaşlardan pul alan reket jurnalist həbs olunub. 

Lent.az xəbər verir ki, Camal Bağırzadə vətəndaşlardan daxil olan çoxsaylı şikayətlər əsasında polis əməkdaşları tərəfindən saxlanılıb. 

Nizami rayon Polis İdarəsində ona qarşı Cinayət Məcəlləsinin müavafiq maddəsi ilə cinayət işi başlanıb. 

Nizami rayon Məhkməməsi polisin təqdimatı əsasında Camal Bağırzadə barəsində həbs qərarı çıxarıb. 

Qeyd edək ki, Camal Bağırzadə "VƏKİLİN SƏSİ" qəzetinin baş redaktorudur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 214

Oxşar yazılar