Azərbaycanda tutulan türkiyəli mafiya başçısı  kimdir? - DOSYE  - YENİLƏNİB
13 noyabr 2026 11:05 (UTC +04:00)

Azərbaycanda tutulan türkiyəli mafiya başçısı kimdir? - DOSYE - YENİLƏNİB

1

Dünən Azərbaycanda saxlanılan “Barış Boyun” cinayətkar qruplaşmasının liderlərindən olan Mehmet Recep Demirlə bağlı təfərrüatlar üzə çıxıb.

Lent.az xəbər verir ki, Türkiyədə “Barış Boyun” silahlı cinayətkar dəstəsinin rəhbər şəxslərindən biri hesab edilən Mehmet Recep Demirin İstanbulda iş adamına qarşı sui-qəsd planının təşkilində iştirak etdiyi məlum olub.

Məlumata görə, Mehmet Recep Demir və cinayətkar dəstənin digər rəhbər şəxsi Mirhan Aygün valyutadəyişmə məntəqəsinin sahibi Mustafa Akın öldürülməsini planlaşdırmaqda ittiham olunurlar.

İstintaq materiallarına əsasən, Mehmet Recep Demir 2024-cü il fevralın 5-də Mustafa Akın İstanbulun Bakırköy rayonundakı “Balkon Cafe”də olduğunu öyrənib. Bundan sonra o, Mirhan Aygün vasitəsilə muzdlu qatillərə avtomobil və silah göndərilməsini təşkil edib.

Həmin gün saat 23:10-da kafeyə silahlı hücum həyata keçirilib. Lakin Mustafa Ak hadisədən bir qədər əvvəl məkanı tərk edib. Atəş nəticəsində kafedə olan Muhammet Çakmakçı ağır yaralanaraq bir gözünü itirib.

İstintaqın məlumatına görə, silahlı hücuma səbəb Mustafa Akın 9 milyon avroluq borc mübahisəsi olub.

İstanbul Baş Prokurorluğunun hazırladığı 1121 səhifəlik ittiham aktında Mehmet Recep Demir cinayətkar təşkilatın rəhbər şəxslərindən biri kimi göstərilib.

Mehmet Recep Demir və digər rəhbər şəxslər barəsində cinayət törətmək məqsədilə təşkilat yaratma, silahlı cinayətkar dəstəyə üzv olma, əvvəlcədən planlaşdırılmış qəsdən adam öldürməyə cəhd, silahlı hücum, ağırlaşdırıcı hallarda soyğunçuluq, hədə-qorxu, rəsmi sənədlərin saxtalaşdırılması, qanunsuz silah saxlama və digər maddələrlə ittihamlar irəli sürülüb.

Prokurorluq Mehmet Recep Demirin də daxil olduğu təqsirləndirilən şəxslərin hər biri üçün ittihamların məcmusuna əsasən 613 ildən 2967 ilədək həbs cəzası tələb edir.

Qeyd edək ki, barəsində 48 tutulma qərarı olduğu bildirilən Mehmet Recep Demir Azərbaycanda dövlət sərhədini qanunsuz keçmək ittihamı ilə həbs edilib. Türkiyə tərəfi onun ekstradisiyası üçün rəsmi müraciət ünvanlayıb.

***
12 noyabr, saat: 20:31

İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində barəsində 48 ayrı həbs qərarı verilmiş "Barış Boyun Cinayət Təşkilatı"nın lideri Mehmet Rəcəb Demir Azərbaycanda saxlanılıb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, sərhəd pozuntusuna görə həbs edilən Demirin Türkiyəyə rəsmi ekstradisiya prosesi başlayıb.

İctimaiyyət arasında "Barış Boyun Cinayətkar Təşkilatı" kimi tanınan silahlı cinayətkar təşkilatla bağlı istintaqda əhəmiyyətli bir irəliləyiş baş verib. Təşkilatın liderlərindən biri olan və barəsində 48 ayrı həbs qərarı verilmiş Mehmet Rəcəb Dəmir Azərbaycanda tutularaq nəzarətə alınıb.

İstanbul Baş Prokurorluğu tərəfindən həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə fəaliyyət göstərən cinayətkar təşkilatla bağlı aparılan istintaq diqqətlə davam etdirilir. Bu çərçivədə, Azərbaycanda saxlanılan Mehmet Recep Demirin Azərbaycan Cinayət Məcəlləsinin "sərhədi qanunsuz keçmə" maddəsi ilə həbs olunduğu məlum olub.

Həbs qərarından sonra şübhəlinin Türkiyəyə gətirilməsi üçün hüquqi prosedurlar başlanılıb. İstanbul Baş Prokurorluğu Mehmet Rəcəb Dəmirin Türkiyəyə ekstradisiyası üçün Azərbaycan məhkəmə orqanlarına göndəriləcək ekstradisiya tələbi hazırlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 1846

Oxşar yazılar