Polis yoxa çıxan ana və iki uşağın  AXTARIŞLARINA BAŞLADI
12 aprel 2022 15:51 (UTC +04:00)

Polis yoxa çıxan ana və iki uşağın AXTARIŞLARINA BAŞLADI

0

Daxili İşlər Nazirliyi Gəncə yoxa çıxan ana və övladları ilə bağlı yayılan xəbərə münasibət bildirib.

Nazirliyin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Lent.az-a açıqlamasında bildirib ki, həmin şəxslərin yaşadıqları evdən çıxaraq bir daha geri dönməmələri barədə Gəncə şəhər Baş Polis İdarəsinə məlumat daxil olub. Hazırda həmin şəxslərin tapılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Axtarışın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək

***

saat 11:51

Azərbaycanda ana və iki övladı itkin düşüb.

Lent.az-ın məlumatına görə, hadisə Gəncə şəhərində qeydə alınıb. Şəhər sakini Jalə Qasımova, onun qızı 10 yaşlı Nigar və oğlu 6 yaşlı Eşqin aprelin 9-da naməlum şəraitdə yoxa çıxıblar.

Onların itkin düşməsi barədə polisə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4830

Oxşar yazılar