Qadın polis mayoru  rüşvətə görə həbs olundu
15 noyabr 2025 14:04 (UTC +04:00)

Qadın polis mayoru rüşvətə görə həbs olundu

0

Rusiyanın Çelyabinsk vilayətində polis idarəsinin “Leninskiy” şöbəsinin istintaq bölməsinin müdir müavini Anna Qorbunova həbs edilib. DİN-in mayoru səlahiyyət həddini aşmaqda və rüşvət tələb etməkdə ittiham olunur. Onunla birlikdə “Maxoninskiyə” adlı kriminal qruplaşmaya daxil olan daha dörd nəfər də saxlanılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hüquq-mühafizə orqanlarının məlumatına görə, Qorbunova təkcə bu mütəşəkkil cinayətkar dəstə ilə əməkdaşlıq etməyib, həm də faktiki olaraq onların fəaliyyətini ört-basdır edib. İş üzrə istintaqı FTX, İstintaq Komitəsi və DİN aparır. Regionun polis rəhbərliyi xidməti yoxlamanın başladıldığını açıqlayıb.

Qorbunovanın “Maxoninskiyə” qruplaşması ilə əlaqələri barədə məlumatlar Çelyabinskin Sovet Rayon Məhkəməsində baxılan iş zamanı üzə çıxıb. Bu işdə Baş Prokurorluq Maxonin ailəsinə və onların biznes tərəfdaşlarına qarşı iddia qaldırıb. Prokurorluq qruplaşmanın təxminən 2,5 milyard rubl dəyərində əmlakının — daşınmaz obyektlərin, şirkətlərin və yaxın qohumların adına keçirilmiş digər aktivlərin müsadirəsini tələb edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 298

Oxşar yazılar