Qaxda 7 nəfərin zəhərlənməsinin  səbəbi - YENİLƏNİB
31 oktyabr 2026 22:33 (UTC +04:00)

Qaxda 7 nəfərin zəhərlənməsinin səbəbi - YENİLƏNİB

0

Qax rayonunda 7 nəfərin qidadan zəhərlənməsi faktı ilə bağlı araşdırma aparılıb.

Lent.az  xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) APA-ya verilən məlumata görə, ilkin araşdırmalar nəticəsində zəhərlənmənin meşəlik ərazidən toplanılan yabanı göbələklərin istehlakı səbəbindən baş verdiyi müəyyən edilib.

Agentlik bununla əlaqədar əhaliyə müraciət edərək mənşəyi məlum olmayan, növü dəqiq müəyyən edilməyən, tanımadıqları və yeməli olduğuna əmin olmadıqları yabanı göbələkləri toplamamağa və istehlak etməməyə çağırıb.

Qeyd edək ki, oktyabrın 29-da Qaxda 7 nəfər qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlardan 2-si ambulator müalicə üçün evə buraxılıb, 5 nəfər isə Bakıdakı Kliniki Tibbi Mərkəzə təxliyə edilib. Son məlumata görə, həmin şəxslərin vəziyyəti orta ağır qiymətləndirilir.


***
21:49

Qaxda 7 nəfər qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə oktyabrın 29-da Qax şəhərində baş verib.

Zəhərlənmə diaqnozu ilə 6 kişi və 1 qadın Qax Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə daxil olub.

TƏBİB-dən verilən məlumata görə, pasiyentlərə zəruri tibbi xidmət göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 2 nəfər (1 qadın və 1 kişi) ambulator müalicə üçün evə buraxılıb.

Digər 5 nəfər isə oktyabrın 29-da saat 21 radələrində daha ixtisaslı tibbi yardım almaq üçün Bakı şəhərindəki Kliniki Tibbi Mərkəzə təxliyə edilib.

Hazırda onların müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir. Vəziyyətləri orta ağır qiymətləndirilir.

İlkin məlumata görə, həmin şəxslərin göbələkdən zəhərləndiyi ehtimal olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 580

Oxşar yazılar