Qazaxda maşın yol nişanına çırpıdı: xəsarət alanlar  var
13 dekabr 2025 22:20 (UTC +04:00)

Qazaxda maşın yol nişanına çırpıdı: xəsarət alanlar var

0

Qazax rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, qəza Bakı–Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Tovuz rayon sakini, 1984-cü il təvəllüdlü T. Abdıyev idarə etdiyi VAZ-2107 markalı minik avtomobili ilə hərəkətdə olarkən nəqliyyat vasitəsi idarəetmədən çıxıb. Nəticədə avtomobil yol kənarındakı yol nişanına çırpılıb.

Qəza zamanı sürücü və avtomobildə olan sərnişinlər — İran İslam Respublikasının vətəndaşları, 1992-ci il təvəllüdlü H. Qallehban və 1984-cü il təvəllüdlü A. Sayebanx xəsarət alıblar. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 248

Oxşar yazılar