Qənimət Zahidov Baş Prokurorluğa çağırıldı
17 noyabr 2025 14:11 (UTC +04:00)

Qənimət Zahidov Baş Prokurorluğa çağırıldı

0

Qənimət Zahidov Baş Prokurorluğa çağırılıb.

Lent.az xəbər verir ki, bununla bağlı Baş Prokurorluğun rəsmi müraciəti İctimai Televiziyada yayımlanıb.

Bildirilib ki, o, bu il noyabrın 24-də Bakı şəhəri Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 160 ünvanında yerləşən Baş Prokurorluğun İstintaq Baş İdarəsinə gəlməlidir.

Ona öz seçdiyi müdafiəçi ilə idarəyə gəlməsi və digər hüquqları izah olunub, ittiham aktı ilə tanış olmaq üçün idarədə tam şərait yaradılacağı bildirilib.

Məlumata görə, Qənimət Zayidov barəsində Cinayət Məcəlləsinin 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib.

Qeyd olunub ki, onun barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq qiyabi həbs qətimkan tədbiri seçilib.

İttihama görə, Qənimət Zahidov 4 iyul və 18 iyul 2018-ci il tarixlərində “Youtube” platformasında Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zor tətbiqini təşviq edən açıq çağırışlar yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 312

Oxşar yazılar