Qızını əvvəllər heyvanxanada  ayı qəfəsinə atan ana   bıçaqlayıb öldürdü
10 sentyabr 2025 19:31 (UTC +04:00)

Qızını əvvəllər heyvanxanada ayı qəfəsinə atan ana bıçaqlayıb öldürdü

0

Özbəkistanın paytaxtı Daşkənddə da baş verən dəhşətli hadisədə adı açıqlanmayan ana 7 yaşlı qızını çoxsaylı bıçaq zərbələri ilə öldürüb. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bir müddətdir psixoloji müalicə alan qadın 2022-ci ildə 3 yaşlı qızını zooparkda ayı qəfəsinə ataraq yaralanmasına səbəb olmuşdu.

Bir həftə əvvəl 34 yaşlı qadın 7 yaşlı birinci sinifdə oxuyan qızı bıçaqlayıb. Bir neçə bıçaq zərbəsi alan qız hadisə yerində dünyasını dəyişib. Özbəkistan Baş Prokurorluğunun mətbuat katibi Hayot Şamsutdinov bildirib ki, qəsdən adam öldürmə maddəsi ilə cinayət işi qaldırılıb, istintaq başlayıb və şübhəli şəxs nəzarətə götürülüb.

Qadının 2022-ci ildən Psixi və əsəb xəstəlikləri xəstəxanasında müalicə aldığı məlum olub. Avqustun 2-də ambulator müalicəyə buraxılan qadının daha bir oğlunun olduğu bildirilib.

Bu arada adı açıqlanmayan ana 2022-ci ilin yanvarında heyvanxanada 3 yaşlı qızını ayı qəfəsinə ataraq yaralanmasına səbəb olub. Ana adam öldürməyə cəhddə təqsirli bilinib və zorla psixiatriya xəstəxanasına yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 342

Oxşar yazılar