Qəmər Cavadlı
29 mart 2022 15:25 (UTC +04:00)

Qəmər Cavadlı

QMİ-nin sədr müavini gəlinini məhkəməyə verdi - SƏBƏB

Qafqaz Müsəlmanları İdarəsinin ictimaiyyətlə əlaqələr və ailə problemləri üzrə sədr müavini Qəmər Cavadlı gəlinini məhkəməyə verib.

Lent.az-ın məlumatına görə, Q. Cavadlı qardaşının həyat yoldaşı Cavadlı Ülviyyə Səmədağa qızı barədə Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsilə xüsusi ittiham qaydasında şikayət edib. Onun şikayətinə Binəqədi rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, bir müddət əvvəl mediada tərəflər arasında ev alqı-satqısı zamanı bölgü məsələsi problemi ilə bağlı məlumatlar yayılmışdı. Ü. Cavadlının həyat yoldaşı Cavadlı Lətif Aydın oğlu ötən il avqust ayında dünyasını dəyişib. Bundan sonra Ü. Cavadlı yaşadıqları evi satmaq istəyib. Bu zaman onun qayınanası və baldızı, QMİ-nin sədr müavini Qəmər Cavadlı arasında əmlak bölgüsü mübahisəsi yaranıb.

# 3537
avatar

Mehman Nəbiyev

Oxşar yazılar