Ramiz Mehdiyevin köməkçisi də HƏBS EDİLDİ
03 noyabr 2025 11:54 (UTC +04:00)

Ramiz Mehdiyevin köməkçisi də HƏBS EDİLDİ

1

Ramiz Mehdiyevin işi üzrə Eldar Əmirov da həbs edilib.

Lent.az-ın əldə etdiyi məlumata görə, AMEA katibliyinin keçmiş rəisi, Prezident Administrasiyasının keçmiş əməkdaşı Əmirov Eldar Qurban oğlu məkhəmənin qərarı ilə Ramiz Mehdiyev işinə görə, dövlət çevrilişinə cəhddə iştirak ittihamı ilə həbs edilib. Onun barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Eldar Əmirov Ramiz Mehdiyevin Prezident Administrasiyasının rəhbəri olduğu vaxt Administrasiyanın əməkdaşı olub, daha sonra son vaxtlara kimi onun köməkçisi qismində fəaliyyət göstərib.

Qeyd edək ki, bu barədə ilk xəbəri "Manset.az" yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 1432

Oxşar yazılar