Rasim Məmmədovun  70 milyonluq əmlakına   həbs qoyuldu
15 sentyabr 2022 14:56 (UTC +04:00)

Rasim Məmmədovun 70 milyonluq əmlakına həbs qoyuldu

“Baku Steel Company”nin həbsdə olan sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi ilə bağlı əmlakları üzərinə həbs qoyulub.

Lent.az xəbər verir ki, APA-a həmin əmlakların siyahısını əldə edib.

Bakının Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən Bakı Oksford Məktəbi, bir zavod, bir neçə fərdi yaşayış evi və bağ evinin üzərinə həbs qoyulub. Bu əmlakların qiyməti ümumilikdə 70 milyon manat civarındadır.

Bakı Oksford Məktəbinin təsisçisi Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədovadır.

Üzərinə həbs qoyulmuş əmlakların təxminən 30 milyon manat təşkil edən hissəsinin Rasim Məmmədovun qohumlarının adına rəsmiləşdirildiyi bildirilir. Bununla bağlı onlar ilk prosesdə vəkil vasitəsilə məhkəmədə vəsatət qaldırıb, müstəqil tələb irəli sürən üçüncü tərəf kimi tanınmalarını istəyiblər. Məhkəmə vəsatəti baxılmamış saxlayıb.

Qeyd edək ki, Rasim Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

# 1869
avatar

Oxşar yazılar

FHN Bakıdakı bu mağazanın  fəaliyyətini dayandırdı   - SƏBƏB

FHN Bakıdakı bu mağazanın fəaliyyətini dayandırdı - SƏBƏB

6 dekabr 2022 , 19:32
İki uşaq atası ailəsinə DƏHŞƏT yaşatdı:  Özünü görün harada asdı?

İki uşaq atası ailəsinə DƏHŞƏT yaşatdı: Özünü görün harada asdı?

6 dekabr 2022 , 19:27
Türkiyə parlamentində DAVA:  Yaralanan var  - VİDEO

Türkiyə parlamentində DAVA: Yaralanan var - VİDEO

6 dekabr 2022 , 19:18
Bakıda gəlinə hədə-qorxu gəlib  ZORLADILAR

Bakıda gəlinə hədə-qorxu gəlib ZORLADILAR

6 dekabr 2022 , 18:29
DSX Akademiyasının binasındakı yanğın söndürüldü - VİDEO  - YENİLƏNİB

DSX Akademiyasının binasındakı yanğın söndürüldü - VİDEO - YENİLƏNİB

6 dekabr 2022 , 18:15
DSX-nın binasındakı yanğında 14 nəfər ZƏHƏRLƏNİB  - VİDEO

DSX-nın binasındakı yanğında 14 nəfər ZƏHƏRLƏNİB - VİDEO

6 dekabr 2022 , 18:04
Bakıda  ali təhsilli arabaçı   özünü öldürdü

Bakıda ali təhsilli arabaçı özünü öldürdü

6 dekabr 2022 , 17:23
Rayondan Bakıya gələn qadının  başına görün nə oyun açıldı?

Rayondan Bakıya gələn qadının başına görün nə oyun açıldı?

6 dekabr 2022 , 16:38