“Bavariya”da ağır itki - Futbolçunun ayağı sındı
05 iyul 2025 21:39 (UTC +04:00)

“Bavariya”da ağır itki - Futbolçunun ayağı sındı

“Bavariya” klubu ciddi itki ilə üzləşib.

Apasport.az xəbər verir ki, Münhen təmsilçisinin aparıcı futbolçusu Camal Musiala sıradan çıxıb.

22 yaşlı yarımmüdafiəçi FİFA Klublararası Dünya Çempionatının 1/4 final mərhələsində PSJ-yə qarşı keçirilən görüşdə zədələnib.

Almaniya millisinin üzvü matçın gedişində rəqib qapıçı Cianluici Donnarumma ilə toqquşma nəticəsində ayağını sındırıb. Musiala meydanı xüsusi xərək vasitəsilə tərk edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 718

Oxşar yazılar