Bred Pitt  peşmandır:   "Colini sevirdim, böyük səhvlər etdim"
05 iyul 2025 18:19 (UTC +04:00)

Bred Pitt peşmandır: "Colini sevirdim, böyük səhvlər etdim"

Ancelina Colidən boşanma Bred Pittin həyatında dərin iz buraxıb. Belə görünür ki, bu çətin təcrübədən sonra aktyor keçmiş səhvlərini anlayıb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Pitt Colini sevdiyini və münasibətləri zamanı ciddi səhvlərə yol verdiyini qəbul edir. 

Pitt boşanmanı necə keçirir?

İllərlə davam edən məhkəmə çəkişməsindən sonra Pittin həyatda balans yaratmağa və övladları ilə münasibətləri bərpa etməyə çalışdığı bildirilir.

Mənbənin sözlərinə görə, boşanma illərlə onun həyatını idarə edib.

"O, Ancelinanı sevirdi və səhvlər etdiyini bilir”.

Eyni zamanda Pitt bütün məsuliyyəti Coliyə yükləmir:

“O, hər şeyə görə onu günahlandırmır”, - mənbə əlavə edib.

Aktyor onların boşanma prosesini ziddiyyətli və toksik vəziyyət kimi xarakterizə edib.

Coli və Pittin boşanması barədə nə bilinir?

Pitt və Coli 2004-cü ildə münasibətlərə başlayıblar, lakin yalnız 10 il sonra – 2014-cü ildə evləniblər. Cütlüyün altı övladı var – onlardan üçü bioloji: Maddox, Zahara, Pax, Shiloh, Knox və Vivienne. 2016-cı ildə ayrılıqlarını elan edən cütlük yalnız 2024-cü ilin dekabrında – 8 il sonra rəsmi olaraq boşanıb.

Boşanmanın ən gərgin tərəflərindən biri aktyorun övladları ilə münasibətinin pozulmasıdır. Maddox, Pax, Zahara və Shiloh ondan uzaq dururlar. Bu gərginliyin əsas səbəblərindən biri kimi Pittin keçmişdəki spirtli içki problemi göstərilir.

Brad Pitt artıq 10 ilə yaxındır spirtli içki içmir.

“Armchair Expert” podkastında o, spirtli içkidən imtina etdikdən sonra həyatında nələrin dəyişdiyini səmimi şəkildə bölüşüb:

“Bu, çox ağır bir dövr idi. Mənə yenidən başlayacaq güc lazım idi. Müəyyən sahələrdə oyanmalı idim. Bu, mənim üçün çox böyük əhəmiyyət kəsb edirdi”.

Aktyor 12 mərhələli ayıqlıq proqramından keçib. Öz zəiflikləri ilə uzun müddət mübarizə aparsa da, sonda həyatına və davranışlarına görə məsuliyyət götürməyi bacarıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 476

Oxşar yazılar