Ayaqlarınızı  qəhvəyə batırın:   bir cəhd kifayətdir, həmişə belə edəcəksiniz
05 iyul 2025 15:50 (UTC +04:00)

Ayaqlarınızı qəhvəyə batırın: bir cəhd kifayətdir, həmişə belə edəcəksiniz

Bu gün qəhvə yalnız enerji verən bir içki kimi deyil, həm də xarici görünüşə qulluq üçün təsirli vasitə kimi tanınır. Xüsusilə gözəllik sahəsində qəhvə çöküntüsü uzun müddətdir ki, təbii skrab (soyucu) kimi istifadə olunur. Təcrübələr göstərir ki, qəhvə dəmləməsi də dəri vəziyyətini yaxşılaşdırmağa kömək edir. 

Bəs bilirdinizmi ki, qəhvə ayaqlar üçün də faydalı ola bilər? Bəs ayaqları qəhvə dəmləməsinə salmaq nə üçün məsləhət görülür?

Bu barədə Lent.az xarici mediaya istinadən xəbər verir. 

Mütəxəssislər ayaqları qəhvəyə salmağı niyə tövsiyə edirlər?

Ayaqları müntəzəm şəkildə qəhvə dəmləməsinə salmaq yorğunluğu azaltmaq və dəriyə qulluq baxımından effektiv ev üsullarından biri kimi tanınır. Ev şəraitində bu metodu sınayanlar nəzərəçarpacaq müsbət nəticələr müşahidə edirlər.

1. Qan dövranını yaxşılaşdırır və şişi azaldır

Qəhvədəki kofein qan dövranını stimullaşdırır. Bu, ayaqlarda olan şişkinlik və ağırlıq hissinin azalmasına kömək edir. Xüsusilə uzun müddət ayaqda qalan və ya oturaq iş rejimi olan insanlar üçün bu vanna əsl rahatlıq mənbəyi ola bilər.

2. Antibakterial və iltihabəleyhinə təsiri var

Qəhvə tərkibindəki polifenollar və antioksidantlar sayəsində antibakterial və iltihab əleyhinə xüsusiyyətlərə malikdir. Bu da onu yüngül dəri qıcıqlanmaları və göbələk infeksiyaları zamanı faydalı edir. Ayaqlarda baş verən səthi dermatoloji problemlərin qarşısını almaqda təbii dəstək rolunu oynaya bilər.

3. Pis qoxuları aradan qaldırır

Bəzi araşdırmalar göstərir ki, qəhvə ayaq tərləməsi ilə bağlı pis qoxuları azaltmağa da kömək edir. Bu xüsusilə ayaqları çox tərləyən insanlar üçün əhəmiyyətlidir. Qəhvə təbii ətirə malik olduğundan, dəriyə xoş qoxu da bəxş edir.

4. Dərini yumşaldır və ölü hüceyrələri təmizləyir

Qəhvə dəmləməsində vanna qəbul etdikdən sonra ayaqlardakı sərtləşmiş dərilər yumşalır, ölü hüceyrələr təmizlənir. Bu proses həm dəriyə hamar görünüş qazandırır, həm də çatların və kobudlaşmanın qarşısını alır.

5. Rahatlaşdırıcı təsiri var və stresi azaldır

İsti qəhvə vannası sadəcə fiziki yox, eyni zamanda psixoloji rahatlıq da gətirir. Qəhvə aroması beyinə sakitləşdirici təsir göstərərək stresi azaldır və günün yorğunluğunu atmağa kömək edir. Bu səbəbdən axşam saatlarında belə bir prosedur həm bədən, həm də ruhi vəziyyət üçün faydalıdır.

Necə tətbiq etməli?

3-4 xörək qaşığı qəhvə çöküntüsünü (və ya təzə dəmlənmiş qəhvənin suyunu) 1 litr isti su ilə qarışdırın. Ayaqlarınızı 15-20 dəqiqə bu dəmləməyə salın. Daha sonra ayaqlarınızı ilıq su ilə yuyun və nəmləndirici krem çəkin.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 640

Oxşar yazılar