Rusiyada Azərbaycan diasporunda ƏMƏLİYYAT:  saxlanılanlar var - VİDEO
13 dekabr 2025 19:00 (UTC +04:00)

Rusiyada Azərbaycan diasporunda ƏMƏLİYYAT: saxlanılanlar var - VİDEO

0

Rusiyanın Voronej şəhərində xüsusi təyinatlı polis qüvvələri Azərbaycan diasporunun nümayəndələrinə qarşı güc tətbiqi ilə müşayiət olunan əməliyyat keçiriblər. Tədbirlər zamanı yerli kriminal aləmin əsas fiqurlarından biri kimi tanınan Niyaz Zaidov saxlanılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, Zaidovun Voronej vilayətində Azərbaycan kriminal aləminin rəhbəri və “Alekseyevski bazarı” üzrə qeyri-rəsmi nəzarətçi olduğu iddia olunub. Saxlanıldıqdan sonra o, polis bölməsinə aparılıb və həmin şəxsdən Rusiya pasportu götürülüb. Daha sonra Zaidov qanunsuz miqrantların saxlanma mərkəzinə yerləşdirilib.

Məlumata görə, 2005-ci ildə Voronej Vilayət Məhkəməsi Zaidovu qətl törətməkdə təqsirli bilərək onu səkkiz il müddətinə azadlıqdan məhrum edib. Təyin olunmuş cəzanı o, Azərbaycanda çəkib. Elə orada da vaxtından əvvəl azadlığa buraxılıb, bundan sonra isə məhkumluğu aradan qaldırılıb.

Daha sonra Zaidov yenidən Rusiyaya qayıdıb. 2019-cu ildə o, Rusiya vətəndaşlığını alıb. Onun hazırkı saxlanılmasının səbəbləri və barəsində mümkün gələcək prosessual qərarlar hazırda dəqiqləşdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 426

Oxşar yazılar