Şahbuz rayonunda evdən meyit tapılıb.
Lent.az xəbər verir ki, hadisə rayonun Şada kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1961-ci il təvəllüdlü Əkbərov İslam Sarı oğlunun meyiti yaşadığı evdən tapılıb.
İlkin məlumata görə, evdə tək olan İ.Əkbərovu infakt vurub və onun meyiti 2 gün sonra tapılıb.
Faktla bağlı Şahbuz Rayon Prokurorluğunda araşdırma aparılır.
Ceyhun Məmmədov