Salyan rayonunun Həsənli kəndi ərazisində qəza baş verib.
Lent.az xəbər verir ki, kənd sakini Cəlal Babayevə məxsus 20-dən çox xırda buynuzlu heyvanı yük avtomobili vurularaq öldürüb.
Hadisə “KamAZ” markalı yük avtomobilinin sürücüsü Malik Quliyevin avtomobillə hərəkətdə olduğu zaman heyvanların qəfil yolun hərəkət hissəsinə çıxması nəticəsində baş verib.
Xoşbəxtlikdən qəza zamanı xəsarət alan olmayıb. Lakin kənd sakininə ciddi maddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır, dəymiş ziyanın həcmi müəyyənləşdirilir.