Sarkisyanın Ermənistandan çıxmasına qadağa qoyuldu
06 noyabr 2025 16:51 (UTC +04:00)

Sarkisyanın Ermənistandan çıxmasına qadağa qoyuldu

0

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın ölkədən çıxışına məhdudiyyət qoyulub.

Lent.az yerli mediaya istinadla bildirir ki, bu barədə onun vəkili Amram Makinyan “Facebook” sosial şəbəkəsində məlumat verib.

Qeyd olunur ki, Antikorrupsiya Komitəsi tərəfindən Sarksiyana qoyulan qadağa 2019-cu ildəki bir epizodla bağlıdır.

Ölkədən çıxmamaq haqqında iltizam yeni ittiham əsasında qəbul edilib. Makinyanın sözlərinə görə, bir gün əvvəl gecə saatlarında Antikorrupsiya Komitəsi qəfil şəkildə Sarkisyanın yenidən dindirilməsinin vacibliyini bəyan edib. Vəkilin qeyd etdiyinə görə, bu qərar məhkəmənin prokurorluğun keçmiş prezidentin ölkədən çıxışına qadağa qoyulması ilə bağlı vəsatətini təmin etməməsi ilə əlaqədardır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 224

Oxşar yazılar