Şəmkir rayonunda baş verən yol-nəqliyyat hadisəsində ölən və xəsarət alan şəxslərin adları məlum olub.
Lent.az APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində 2018-ci il təvəllüdlü Z. Vəliyeva və 1992-ci il təvəllüdlü H. Həmzəyeva həyatını itirib.
Hadisə zamanı 1981-ci il təvəllüdlü Ə. Aslanov, 1982-ci il təvəllüdlü A. Cəfərli, 1976-cı il təvəllüdlü Z. Hüseynova, 1976-cı il təvəllüdlü S. Hüseynli, 1973-cü il təvəllüdlü E. Hüseynov, 1972-ci il təvəllüdlü E. Hüseynli, 2021-ci il təvəllüdlü Q. Aslanov və 14 yaşlı Z. Aslanova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılardan bəzilərinin müalicəsi Şəmkir Rayon Mərkəzi Xəstəxanasında, digərlərinin isə Gəncə şəhərində yerləşən xəstəxanalardan birində davam etdirilir.
***
Bakı-Qazax magistral yolunun Şəmkir rayon ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 7 nəfər (4 kişi, 3 qadın) 17.08.2026-cı il tarixində saat 17:50 radələrində Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
TƏBİB-dən APA-ya verilən məlumata görə, müxtəlif bədən xəsarətləri alan pasiyentlərdən 2-nin vəziyyəti ağır, 5-nin vəziyyəti isə orta ağır qiymətləndirilir.
Hazırda hər birinə zəruri tibbi xidmətlər göstərilir.
Hadisə nəticəsində 2 nəfərin (1 kişi, 1 qadın) həkiməqədər ölüm faktı qeydə alınıb.
***
Şəmkirdə baş verən qəzada yaralıların sayı 7-yə çatıb.
Lent.az xəbər verir ki, bu barədə APA məlumat yayıb.
***
19:58
Şəmkirdə baş verən yol qəzasında ölənlərdən ikisinin kimliyi məlum olub.
APA-nın yerli bürosunun xəbərinə görə, bunlar 2009-cu il təvəllüdlü E. Məmmədov və 1988-ci il təvəllüdlü İ. Məmmədovadır.
Qəza zamanı daha 5 nəfərin xəsarət aldığı bildirilir.
***
19:05
Şəmkirdə yol qəzasında ölənlərin sayı artıb.
APA-nın yerli bürosunun xəbərinə görə, yol qəzası nəticəsində ikisi uşaq olmaqla 5 nəfər ölüb.
***
18:27
Şəmkirdə yol qəzasında ölənlərin sayı artıb.
APA-nın yerli bürosunun xəbərinə görə, yol qəzası nəticəsində ölənlərin sayı 4-ə çatıb.
***
18:22
Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə “VAZ 2106” ilə “KİA” markalı minik avtomobilləri toqquşub.
İlkin məlumata görə, qəza zamanı 3 nəfər ölüb, xəsarət alanlar var.