Şəmkirdə kişi qonaq getdiyi kənddə faciəvi şəkildə  öldü - YENİLƏNİB
11 sentyabr 2025 09:13 (UTC +04:00)

Şəmkirdə kişi qonaq getdiyi kənddə faciəvi şəkildə öldü - YENİLƏNİB

1

Şəmkirdə su arxına yıxılaraq, ölən şəxslə bağlı təfərrüatlar məlum olub.

Lent.az xəbər verir ki, hadisə Dəllər Cəyir kəndi ərazisində qeydə alınıb.

74 yaşlı Şəmkir şəhər sakini Sadıqov Nəriman Qənbər oğlu qonaq getdiyi Şəmkir rayonunun Dəllər Cəyir kəndi ərazisində gəzərkən anidən ürək tutması səbəbindən su arxına yıxılaraq ölüb.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılır.

***
10 sentyabr, saat: 15:50

Şəmkirdə bədbəxt hadisə baş verib.

Lent.az-ın məlumatına görə, rayon ərazisində orta yaşlı kişi su arxına yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir. (APA)

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 1794

Oxşar yazılar