Şəmkirdə meyit tapılıb.
Lent.az xəbər verir ki, hadisə rayonunun Barlıbağ kəndində qeydə alınıb.
2001-cı il təvəllüdlü Bayramov Hüseyn İslam oğlunun meyiti əkin sahəsində yerləşən ağacın altında aşkar edilib.
Onun meyiti kənd sakinləri tərəfindən tapılıb.
Faktla bağlı Şəmkir rayon prokurorluğda araşdırma aparılır.