Türkiyənin Kayseri bölgəsində polis əməkdaşlarının "dayan" xəbərdarlığına məhəl qoymayan motosikletçi E.Ü. qaçmağa çalışarkən qəzaya uğrayıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, Orgeneral Eşref Bitlis prospektində polis əməkdaşlarının "dur" işarəsinə tabe olmayan E.Ü. motosikleti ilə qaçmağa başlayıb. Qısa müddət ərzində polis əməkdaşlarının gözündən itən E.Ü., Yıldırım Bəyazıt qəsəbəsinin Balarısı parkında qəzaya uğramış halda aşkarlanıb.
Bundan əlavə, aparılan yoxlamalarda E.Ü.-nün 2.3 promil spirtli olduğu müəyyən edilib