Sərxoş pensiyaçı  üç yaşlı nəvəsini   eyvandan atdı
28 mart 2023 19:06 (UTC +04:00)

Sərxoş pensiyaçı üç yaşlı nəvəsini eyvandan atdı

Sverdlovsk vilayətinin Kuşva şəhərində sərxoş vəziyyətdə 70 yaşlı təqaüdçü üç yaşlı nəvəsini ikinci mərtəbədən yerə atıb.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, axşam saatlarında qadın sərxoş vəziyyətdə uşağı ikinci mərtəbədəki eyvanın pəncərəsinin altlığına qoyub və körpəni zorla çölə itələyib. Nəticədə uşaq 4,9 metr hündürlükdən yıxılaraq başından zərbə alıb.

Hadisə yerinə gələn həkimlər uşağı Kuvşa mərkəzi xəstəxanasına çatdırıblar. Ona qapalı kəllə-beyin travması, həmçinin üz, burun və döş qəfəsinin yumşaq toxumalarının aşınması diaqnozu qoyulub. Zərərçəkmiş artıq xəstəxanadan buraxılıb.

Prokurorluq təqaüdçünün əməlinin yetkinlik yaşına çatmayan uşağı öldürməyə cəhd maddəsinə aid etdiyini bildirib. Qadının nəvəsini qəsdən hündürlükdən atdığı vurğulanıb. Lakin ekspertin rəyinə əsasən, qadın dəli elan edilib. İndi məhkəmə onun barəsində məcburi müalicənin tətbiq edilib-edilməməsinə qərar verməlidir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1578

Oxşar yazılar

Xudafərində qazıntı aparan iranlılardan biri çaya düşdü

Xudafərində qazıntı aparan iranlılardan biri çaya düşdü

11 may 2025 , 14:16
Balakəndə evdən meyit tapıldı

Balakəndə evdən meyit tapıldı

11 may 2025 , 10:52
Bakıda yanan tikilidə meyit aşkarlandı

Bakıda yanan tikilidə meyit aşkarlandı

11 may 2025 , 10:09
Qazaxda yeniyetmə skuterdən yıxılıb öldü

Qazaxda yeniyetmə skuterdən yıxılıb öldü

11 may 2025 , 01:46
İmişlidə 33 yaşlı kişi bıçaqlandı

İmişlidə 33 yaşlı kişi bıçaqlandı

10 may 2025 , 23:15
Gəncədə avtomobil 52 yaşlı qadını vurub öldürdü

Gəncədə avtomobil 52 yaşlı qadını vurub öldürdü

10 may 2025 , 22:41
Gəncədə maşın 18 yaşlı qızı vurdu

Gəncədə maşın 18 yaşlı qızı vurdu

10 may 2025 , 22:04
Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü

Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü

10 may 2025 , 21:06